Modern.az

Kəlbəcərin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

Kəlbəcərin elektrik şəbəkəsi yenidən qurulur - VİDEO

Aktual

11 Dekabr 2025, 12:36

Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma, əsaslı təmir-bərpa işləri çərçivəsində Kəlbəcərin də elektrik şəbəkəsi yenidən qurulur. Rayonun ən ucqar dağ kəndlərinə 35 kV-luq izolyasiyalı hava xətləri çəkilir, yeni güc mərkəzləri yaradılır.

“Azərişıq”dan Modern.az-a verilən məlumata görə, Alagöllər, Zəylik və Zod kəndlərində yerləşən strateji obyektlərə və “İstisu” mineral su zavoduna 35 kV-luq ikidövrəli özünüdaşıyan izolyasiyalı naqillər çəkilib, transformator məntəqələri quraşdırılıb. Yanşaq və Zallar kəndlərinə də 35 kV-luq xətlərin çəkilişi başa çatıb.

Məlumata görə, şəhər ərazisində 110/35 kV-luq yarımstansiyanın tikintisi davam edir. 35/0.4 kV-luq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzində isə işlər yekunlaşıb. Kəlbəcərə köç edən ailələrin dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün 0.4 kV-luq elektrik şəbəkəsi yenidən qurulub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?