Modern.az

İtkin düşən balıqçıların axtarışları davam edir

İtkin düşən balıqçıların axtarışları davam edir

Aktual

11 Dekabr 2025, 12:56

Xəbər verdiyimiz kimi, dekabrın 9-u axşam saatlarında Xəzər dənizinin Astara rayonu istiqamətində iki balıqçı itkin düşüb.

Hadisə ilə bağlı FHN-dən Modern.az-a bildirilib ki, hazırda itkin düşdüyü ehtimal olunan şəxslərin axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən müxtəlif istiqamətlərdə davam etdirilir.

Qeyd edək ki, rayonun Şahağac kəndi ərazisində balıqçılar dənizə çıxıb və geri qayıtmayıblar. İtkin düşən 1997-ci il təvəllüdlü Turan Həsənov və 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun qohum olduqları bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?