Modern.az

 “Vətənə, xalqa həsr edilən ömür” - FOTOLAR

 “Vətənə, xalqa həsr edilən ömür” - FOTOLAR

Aktual

11 Dekabr 2025, 13:20

Dekabrın 11-də YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və partiya fəallarının iştirakı ilə Ulu Öndərin vəfatının 22-ci ildönümü münasibətilə “Vətənə, xalqa həsr edilən ömür” mövzusunda dəyirmi masa keçirilib.

Modern.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin hələ 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda dinamik inkişafa nail olunduğunu, həmin illərdə Azərbaycanın gələcək dövlət müstəqilliyi üçün vacib potensialın yaradıldığını vurğulayıb.

Ulu Öndərin təşəbbüsü və böyük səyləri nəticəsində 1971-ci ildə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna rola malik olduğunu, liseyin yetirmələri olan zabitlərin tarixi Zəfərimizlə yekunlaşan 44 günlük Vətən müharibəsində də rəşadətlər göstərdiklərini bildirib.

G.Bayramov Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirildiyini, bunun nəticəsi olaraq Azərbaycanın mühüm tarixi nailiyyətlərə, qələbələrə imza atdığını bildirib. Vurğulayıb ki, xüsusilə də 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdi, 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edildi.

Daha sonra dəyirmi masada iştirak edən Samux rayon Heydər Əliyev mərkəzinin direktoru Nuranə Həsənova,  Samux rayon Ağsaqqallar Şurasının sədri  Fidayıl Əliyev, Samux rayon İcra Hakimiyyəti başcısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Elnaz Cəfərova,  Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayon Gənclər və İdman sektorunun  müdiri Rasim İmamquliyev çıxış edərək Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin doğma Azərbaycanımıza, xalqımıza, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?