Modern.az

Məhkəmə ekspertizasında çalışanların maaşı artırılacaq

Məhkəmə ekspertizasında çalışanların maaşı artırılacaq

Aktual

11 Dekabr 2025, 15:10

Məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı, eləcə də onların əməkhaqqıları artırılacaq.

Modern.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiyada əksini tapıb.

Sənəddə bildirilib ki, ştat vahidlərinin və əməkhaqlarının artırılması üçün icra müddəti 2026-cı il müəyyən edilib.

Ştat sayının artırılmasına dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim ediləcək. Bu iş üçün əsas icraçı orqan Nazirlər Kabineti müəyyən edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?