Modern.az

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Aktual

11 Dekabr 2025, 19:07

Meksika Azərbaycana hərbi attaşe təyin edib.

Modern.az xəbər verir ki, bu barədə Meksikanın Bakıdakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən vəzifəyə Marko Ciovanni Leyva Kontreras təyinat alıb.

"Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Ciovanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək", - məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?