Modern.az

Elçin Quliyev generalın oğluna vəzifə verdi

Elçin Quliyev generalın oğluna vəzifə verdi

Aktual

11 Dekabr 2025, 20:35

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, Atçılıq Federasiyasının vitse-prezidenti, general-leytenant Cavid Abdullayevin oğlu Mirhəmzə Abdullayevə yeni vəzifə verilib.

 

Modern.az xəbər verir ki, bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının Prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, Mirhəmzə Abdullayev DSX hərbi hospitalında şöbə rəisinin müavini təyin edilib.

 

Xatırladaq ki, bir müddət əvvəl Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin maddi-texniki təminat üzrə rəis müavini, general-leytenant Cavid Abdullayevə ikinci vəzifə verərək onu Atçılıq Federasiyasının vitse-prezidenti təyin etmişdi. (Mənbə: bakupost)

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenskidən KRİTİK AÇIQLAMA! Qərarı onlar verəcək - Vəzifədən gedir?