Ana Vətən Partiyasının fəaliyyəti qaydasındadır.
Bunu Modern.az-ın sualına cavabında partiyanın sədri, sabiq deputat Fəzail Ağamıı deyib.
Oğlunun Ədliyyə Nazirliyinə müraciəti ilə bağlı suala cavab verməkdən imtina edən Fəzail Ağamalı “bunu ondan soruşun” deyib.
Qeyd edək ki, Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının son qurultayında qalmaqal yaşanıb.F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Elçin Ağamalı sədr seçildiyini, Fəzail Ağamalı isə qurultayın baş tutmadığını bildirir.
Elçin Ağamalı qurultayla bağlı Ədliyyə Nazirliyinə müraciət edib.