Türkiyə Milli Müdafiə Nazirliyinin tərkibində olan Maşın və Kimya Sənaye Şirkəti (MKE) Azərbaycanda fəaliyyətə başlayıb.
Modern.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə məlumat verib.
O qeyd edib ki, MKA "Maşın və Kimya Azerbaijan (MKA)" adlı şirkət yaradıb.
"Dost və qardaş Azərbaycanla müdafiə sənayesi sahəsindəki konkret və strateji addımlarımızın bir əksi olaraq Maşın və Kimya Sənayesi Səhmdar Şirkətimiz (MKE) tərəfindən Azərbaycanda "Maşın və Kimya Azerbaijan (MKA)" adı ilə qurulan və xaricdəki ilk iştirakçısı olma xüsusiyyəti daşıyan şirkətimiz fəaliyyətinə başlayıb", - deyə Zeki Aktürk bildirib.