Modern.az

Nərgiz Məhəmmədi İranda saxlanıldı

Nərgiz Məhəmmədi İranda saxlanıldı

Aktual

12 Dekabr 2025, 22:03

Nobel Sülh Mükafatının laureatı Nərgiz Məhəmmədi İranda saxlanılıb.

Modern.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, o, Məşhəddə hüquq müdafiəçisi Xosrov Əlikürdinin yas mərasimində iştirak edərkən saxlanılıb. Əlikürdi bu yaxınlarda naməlum şəraitdə ölü halda tapılmışdı.

Qeyd edilir ki, Nərgiz Məhəmmədi ilə birlikdə daha iki fəal da saxlanılıb.

Məhəmmədi 2021-ci il noyabrından etibarən dövlət təhlükəsizliyinə qarşı qəsd və İran hökumətinə qarşı təbliğat aparmaq ittihamı ilə 13 il doqquz ay həbs cəzası çəkirdi.

Sizə yeni x var
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?