Modern.az

Bakıda ət bahalaşıb - YENİ QİYMƏT

Bakıda ət bahalaşıb - YENİ QİYMƏT

Aktual

14 Dekabr 2025, 20:32

Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.

Modern.az xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan "Şuşa" şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur.

Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.

Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər: "Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub".

Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır. "Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq", - qəssab Teymur Səfərov belə deyib. (Mənbə: Mətbuat.az)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?