“Şərur” MTK-nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) yenidən maraqlı açıqlamaları ilə yenidən gündəmə gəlib.
Modern.az xəbər verir ki, aparıcı Ulvira Qarayevanın “Həftənin qonağı” proqramına qatılan iş adamı iki həyat yoldaşının olduğunu deyib.
“Bir dəfə yeməyə gedəndə bir qadından xoşum gəldi. Elə orada getdim, salamlaşdım. Dedim, mən bu qadını alacağam. Ara qarışdı, durub getdilər. Sonra onun dalınca getdim. Axtardım, tapdım. Öyrəndim ki, “Semoşka”da (KTM) həkim işləyir. Üç ay dalınca gedəndən sonra razılığa gəldik. Getdim atası ilə razılaşmağa. O da dərman atıb razılıq verdi. Ondan onun 27, mənim isə 50-dən çox yaşım vardı”,- deyə İsfəndiyar Axundov ikinci xanımı ilə evlilik hekayəsini danışıb.
İ.Axundov əlavə edib ki, o qadından bir oğlu var:
“Birinci həyat yoldaşımdan boşanmamışam. İkisi də şah kimi yaşayır. Pul çox şeyi həll edir. İkisi də xoşbəxtdir, deyirlər ki, sənin ayağına dəyən bizim ürəyimizə dəyir. Bu qədər mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar”.