Modern.az

Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ

Təzyiqdən öldüyü deyilən qadın QƏTLƏ YETİRİLİBMİŞ

Hadisə

15 Dekabr 2025, 09:38

Biləsuvarda təzyiqdən öldüyü deyilən qadının qətlə yetirildiyi məlum olub.

Modern.az xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə bir ay öncə kənd sakini 1953-ci il təvəllüdlü Almaz Cəfərova vəfat edib. Həmən vaxt onun qan təzyiqindən öldüyü bildirilib.

Dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma başlanılıb.(Mənbə APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?