Modern.az

Polis 14 avtomat aşkarladı

Polis 14 avtomat aşkarladı

Aktual

15 Dekabr 2025, 10:38

DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, dekabrın 13-də və 14-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 14 avtomat silahı, 1 pulemyot, 3 tapança aşkar edib.

Bununla yanaşı 2 qumbara, 14 tüfəng, 30 patron darağı və 590 ədəd müxtəlif çaplı patron da polislər tərəfindən aşkar edilərək götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır