Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.
Modern.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.
Qeyd olunub ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir, reaksiya vermək üçün zəruri vaxt itirilir: ""Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər".
DYP piyadala aşağıdakılarə tövsiyə edir:
Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın.
Ətraf mühitə tam diqqət yetirin.
Yol hərəkəti qaydalarına ciddi əməl edin.