Modern.az

Şamaxı yolunu buz bağlayıb - FOTOLAR

Şamaxı yolunu buz bağlayıb - FOTOLAR

Aktual

15 Dekabr 2025, 13:16

Ötən gün yağan qar və gecə saatlarında müşahidə edilən şaxtalı hava şəraiti Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolunda buzlaşmaya səbəb olub. Xüsusilə dağlıq relyefə malik ərazilərdə yolun sürüşkən olması sürücülər üçün təhlükə yaradıb.

Modern.az xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar aidiyyəti üzrə yol idarəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yolun buz bağlayan hissələrinə duz-qum qarışığı səpilib, buzlaşmanın aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Aparılan işlər nəticəsində avtomobil yolunun bəzi hissələrində buz qatı ərisə də, problemin tam aradan qaldırılması mümkün olmayıb.

Hazırda sərt enişli-yoxuşlu və döngəli hissələrdə, xüsusilə Piriqulu qəsəbəsindən Dəmirçi kəndinə qədər olan məsafədə yolda buzlaşma qeydə alınır. Bu səbəbdən sürücülərə ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və qış təkərlərindən istifadə etmələri tövsiyə olunur.

Qeyd edək ki, hazırda bölgədə Günəşli hava şəraiti müşahidə olunsa da, temperatur müsbət 1 dərəcə təşkil edir. Bu da yol örtüyündə buzlaşmanın tam aradan qalxmasına mane olur.(Mənbə AzərTac)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır