Modern.az

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edəcək

Aktual

15 Dekabr 2025, 14:24

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 18 dekabr 2025-ci il tarixində saat 09:00-da Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında (ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi, 1) Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayonlarının və Naxçıvan şəhərinin sakinlərini qəbul edəcək.

Modern.az xəbər verir ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 17 dekabr 2025-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda dekabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır