Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Modern.az-ın məlumatına görə, general rütbəsi alanlardan biri sabiq icra başçısı Tofiq İbrahimovun oğlu Vaqif İbrahimovdur. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir.
Daxili xidmət polkovnikinə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.
Tofiq İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-2012-ci illərdə Lənkəran, 2012-2024-cü illərdə Ağdaş rayonlarında icra başçısı kimi çalışıb.