Modern.az

Saxlanıldığı deyilən Vüqar Əhməd danışdı 

Saxlanıldığı deyilən Vüqar Əhməd danışdı 

Aktual

15 Dekabr 2025, 19:45

 Vüqar Əhməd saxlanıldığı barədə xəbərləri təkzib edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki,  saxlanılması barədə xəbərlər yalandır:

“Yalan məlumatdır. Heç bir qurum tərəfindən saxlanılmamışam. Bu gün xəstə olmuşam, telefonu aça bilməmişəm”.

***

19:04

Tanınmış, nəğməkar şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.

Modern.az xəbər verir ki, bu haqda Manset.az məlumat yayıb.

Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır. 

Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib. 

“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır