Modern.az

Sumqayıtda 500 abonentin qazı kəsiləcək

Sumqayıtda 500 abonentin qazı kəsiləcək

Aktual

16 Dekabr 2025, 10:04

Sumqayıt şəhərinin bəzi hissələrində qaz təchizatında fasilə olacaq.

"Azəriqaz" İB Sumqayıt QİS-dən Modern.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində, Sürücülük məktəbinin yaxınlığında yerləşən diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə bu gün təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən qeyd olunan ərazidəki 500 abonentin qaz təchizatı saat 11:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qazın verilişi təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır