Modern.az

Mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx hazırlandı

Mina təhlükəsi ilə bağlı maarifləndirici videoçarx hazırlandı

Aktual

16 Dekabr 2025, 10:34

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, doğma yurda qayıdan keçmiş məcburi köçkünlərin təhlükəsizliyinin və rahatlığının təmin edilməsi dövlətin əsas prioritetlərindən biri kimi müəyyən edilib.

Modern.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.

Qeyd edilib ki, bu istiqamətdə görülən işlərlə yanaşı, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursat təhlükəsi hələ də mövcudluğunu saxlayır.

“Təhlükənin aradan qaldırılması məqsədilə ərazilərdə genişmiqyaslı təmizləmə tədbirləri aparılır, paralel olaraq əhalinin maarifləndirilməsi davam etdirilir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirdiyi maarifləndirmə və təbliğat işlərinin tərkib hissəsi olan növbəti videoçarx əhalini mina təhlükəsinə qarşı ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır. Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) dəstəyi ilə hazırlanan videoçarx işğaldan azad edilmiş ərazilərdə mövcud mina təhlükəsinə dair ictimai məlumatlılığın artırılmasına xidmət edir”, - məlumatda deyilir.

Videonun linki:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır