Modern.az

Tələbə sayı azaldılmalı təhsilin keyfiyyəti artırmalıdır - Nazir

Tələbə sayı azaldılmalı təhsilin keyfiyyəti artırmalıdır - Nazir

Təhsil

16 Dekabr 2025, 11:12

"Universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır".

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin diferensiallaşması zərurəti yaranır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır