Samux rayonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü qeyd edilib.
16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür. Bu gün münasibəti ilə Samux Rayon İcra Hakimiiyətinin Başçısı Firdovsi Əliyev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Fövqəladə Hallar Nazirliyinin Samux Yanğından Mühafizə bölməsinin işçiləri Samux şəhər Heydər Parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Samux Rayon İcra Hakimiiyətinin başçısı Firdovsi Əliyev tədbir iştirakçılarını 16 dekabr- Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı münasibətilə təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 16 dekabr 2005-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü münasibəti ilə işində fərqlənən Samux Yanğından Mühafizə bölməsinin bir qrup əməkdaşına Fəxri Fərmanlar təqdim olunub.