Modern.az

Qara dənizi kimlər qarışdırmaq istəyir? - Ekspert "MediaTürk"də açıqladı

Qara dənizi kimlər qarışdırmaq istəyir? - Ekspert "MediaTürk"də açıqladı

Aktual

16 Dekabr 2025, 15:14

Türkiyənin tanınmış təhlükəsizlik və terror üzrə mütəxəssisi Abdullah Ağar "MediaTürk" TV-də yayımlanan “Net Baxış 360 Dərəcə” proqramının qonağı olub. Proqramda jurnalist Serdar Şengülün suallarını cavablandıran Ağar Qara dəniz və Qafqaz xəttində yaşanan son prosesləri dəyərləndirib.

Abdullah Ağar Ukrayna–Rusiya müharibəsi fonunda iki Türkiyə gəmisinin ard-arda vurulmasının təsadüf olmadığını bildirərək, “Kimlərsə, Qara dənizin isinməsini və qarışmasını istəyir” deyə vurğulayıb.

Ağar diqqətdən qaçırılmamalı bir məqama da toxunaraq, İsrailin yaxın zamanda Rusiyanı təhdid etdiyini xatırladıb və bu faktın mütləq nəzərə alınmalı olduğunu bildirib. Onun sözlərinə görə, Qara dənizdə proseslər getdikcə mürəkkəbləşir və bölgədəki strateji gərginlik açıq şəkildə hiss olunur.

Türkiyəyə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması məsələsinə də münasibət bildirən Abdullah Ağar qeyd edib ki, əgər hadisə texniki nasazlıq nəticəsində baş verməyibsə, bu, Qara dənizdə dəyişən və sərtləşən strateji mühit çərçivəsində planlı şəkildə həyata keçirilmiş bir hadisə ola bilər. Ağar bu ehtimalın ciddi şəkildə nəzərdən keçirilməli olduğunu bildirib.

Proqramda Zəngəzur dəhlizi mövzusu da müzakirə edilib. Abdullah Ağar yaxın gələcəkdə Zəngəzur xəttində güc mübarizəsi riskinin yüksək olduğunu vurğulayaraq, “İrəliləyən dövrdə Zəngəzur bölgəsində ciddi güc qarşıdurması ehtimalı mövcuddur və bu məsələyə xüsusi diqqət yetirilməlidir” deyə qeyd edib.

Sonda Abdullah Ağar bildirib ki, Qara dəniz və Qafqaz xəttində son dərəcə həssas və isti proseslər yaşanır:
“Bu hadisələri ətraflı təhlil etmək və soyuqqanlı davranmaq məcburiyyətindəyik. Artıq dünyanın diqqəti bu regionlara yönəlib.”

Serdar Şengül

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır