Modern.az

Elektron siqaretlərin reklamı qadağan edilir

Elektron siqaretlərin reklamı qadağan edilir

Aktual

16 Dekabr 2025, 15:20

Azərbaycanda nikotin tərkibi olmayan elektron siqaretlərin reklamı qadağan ediləcək.

Modern.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan “Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, narkotik vasitələrin, psixotrop maddələrin, pornoqrafiyanın, tütün və tütün məmulatlarının və bu Qanunla reklamı qadağan olunan digər məhsulların reklamına yol verilmir.

Layihəyə əsasən, nikotin tərkibi olmayan elektron siqaretlərin reklamına da yol verilməyəcək.

Mövcud qanunvericiliyə görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır.

Qanun layihəsində elektron siqaretlərlə bağlı yuxarıdakı müddəanın qanunvericilikdən çıxarılması təklif edilir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır