Modern.az

“Amin Mərdəkanski”nin qardaşı oğluna hökm oxundu

“Amin Mərdəkanski”nin qardaşı oğluna hökm oxundu

Aktual

16 Dekabr 2025, 18:54

Qanunsuz silah gəzdiməkdə təqsirləndirilən Cavid Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Modern.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, Cavid Xudaverdiyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Əvvəllər məhkum olunmuş Cavid Xudaverdiyev Cinayət Məcəlləsinin 228.1. (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə) və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

 

O, kiminal aləmdə “Amin Mərdəkanski”, “Amin Maştağalı” və “killer Amin” kimi tanınan Amin Xudaverdiyevin qardaşı oğludur.

 

Xatırladaq ki, ötən il avqustun 7-də isə Xəzər rayonu Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Xudaverdiyev Amin Cabir oğlunun ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Abdullazadə Ruhulla Cavanşir oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

 

Amin Xudaverdiyev Rövşən Lənkəranskinin tərəfdarı kimi tanınıb. (Mənbə: APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır