“ABŞ siyasəti hər zaman mürəkkəb olub. Dünyanın şəriksiz lideri ABŞ-dır. Artıq dünya ölkələri öz siyasətlərini ABŞ siyasətinə uygun qurmağa çalışırlar. ABŞ dünyanın yeganə qurucusu və idarəedici dövlətidir.”.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Sovet İmperiyası dağıldıqdan sonra ABŞ-ın dünyanı tək idarə edə bilməyəcəyi ortaya çıxdı.
“Bu gün dünyanı idarə edəcək güclər lazımdır. ABŞ bu dünyanı tək, supergüc kimi idarə edə bilmir”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videoda: