Modern.az

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Aktual

17 Dekabr 2025, 09:42

ABŞ-nin Texas ştatının Hyuston şəhərində Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Bildirilib ki, səfirliyin təşkilatçılığı ilə səyyar konsulluq xidməti cari ilin 27 dekabr tarixində baş tutacaq.

Xidmət ABŞ-nin Texas ştatında və ətraf ştatlarda yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub. Səfirlik sözügedən səyyar konsulluq xidmətindən yararlanmaq istəyən vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələrini xahiş edir.

Eyni zamanda, bildirilir ki, səyyar konsulluq zamanı müraciət etmək istədiyiniz xidmət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində əldə edilə bilər: www.washington.mfa.gov.az

Əlaqə üçün:

Telefon: +1 (202) 556-9391

Elektron poçt: [email protected]

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır