Modern.az

Tovuzda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Aktual

17 Dekabr 2025, 11:02

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Modern.az xəbər verir ki, hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir.
Araşdırmalar aparılır.(Mənbə APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır