Modern.az

“Bu seçkilərin Paşinyan iqtidarı üçün asan olmayacağı gözləniləndir” - VİDEO

“Bu seçkilərin Paşinyan iqtidarı üçün asan olmayacağı gözləniləndir” - VİDEO

Aktual

17 Dekabr 2025, 11:46

“Ermənistan üçün mühüm dövr başlayır. Bu seçkilər Paşinyan iqtidarı üçün çətin keçəcək. Məhz buna görə Paşinyan iqtidarı Rusiya faktorunu qabardır”

Modern.az xəbər verir ki, bu fikirləri ARB24 Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, rəsmi İrəvan Rusiyanın seçkiyə müdaxiləsini qabartması məhz buna görədir:

“Bu seçkilərin Paşinyan iqtidarı üçün asan olmayacağı gözləniləndir. Mövcud daxili siyasi gərginlik, sosial narazılıqlar və müxalifətin fəallaşması fonunda hakimiyyət ciddi sınaqla üz-üzədir.Seçki kampaniyası həm Paşinyan hökumətinin legitimliyi, həm də ölkənin gələcək siyasi kursu baxımından həlledici ola bilər. Rusiya da hələ də Ermənistandan əl çəkmək niyyətində deyil. Ona görə də Kreml Ermənistanda keçiriləcək seçkilərə bu qədər diqqət ayırır”- deyə Cavanşir Feyziyev bildirib.

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır