Modern.az

“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI

“Biləsuvar” gömrük postunda yaranan gecikmənin səbəbi AÇIQLANDI

Aktual

17 Dekabr 2025, 14:22

Mediada Naxçıvan-Bakı reysi ilə gələn avtobusun sərnişinlərinin “Biləsuvar” gömrük postunda uzun müddət gözləməsi barədə videogörüntülər yayımlanıb. Yayımlanan görüntülərdə sərnişinlər gömrük nəzarətinin yubadıldığını, soyuq hava şəraitində açıq ərazidə gözlədiklərini iddia edirlər.

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, gün ərzində “Biləsuvar” gömrük postundan keçməklə Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən 5 avtobusla, ümumilikdə 200-dən çox sərnişin daşınır və onların gömrük nəzarəti optimal müddətdə həyata keçirilir.

Dekabrın 17-də sərnişinlərin idxal nəzarət xəttinə kütləvi şəkildə daxil olmalarına, bəzi şəxslərin isə gətirdikləri mallara dair bəyannamələri vaxtında təqdim etmədiklərinə görə gömrük nəzarəti tədbirlərinin qismən uzanmasına səbəb olub, qısa müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların sürətli keçidi tam təmin edilib.

Dövlət Gömrük Komitəsi sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin optimal vaxt ərzində həyata keçirilməsi üçün vətəndaşlara gömrük qanunvericiliyinə riayət olunmasını tövsiyə edir. (APA)

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır