Modern.az

AXCP-nin NTK sədri də saxlanılıb?

AXCP-nin NTK sədri də saxlanılıb?

Aktual

17 Dekabr 2025, 15:51

AXCP Nəzarət Təftiş Komissiyasının sədri Murad Sultanın saxlalıdığı barədə məlumat yayılıb.

Modern.az xəbər verir ki, məlumatı AXCP üzvləri ictimailəşdiriblər. Onlar Murad Sultanla dünən günortadan sonra əlaqə kəsildiyini bildirilər. Ona zənglərin çatmadığı qeyd olunur.

Hələ ki AXCP-nin NTK sədri haqda rəsmi qurumların açıqlaması yoxdur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır