Modern.az

“Abşeron Mall”un açılışı oldu - FOTOLAR

“Abşeron Mall”un açılışı oldu - FOTOLAR

Aktual

17 Dekabr 2025, 17:17

Marsol Group-un partnyoru olan Abşeron Ticarət Mərkəzinin tərkibində fəaliyyət göstərən “Abşeron Mall”un açılış mərasimi baş tutub. Tədbirdə 200-dək Marsol Group partnyoru iştirak edib.

Modern.az xəbər verir ki, açılış mərasimində Abşeron Ticarət Mərkəzinin İdarə Heyətinin sədri Araz Rəhimov çıxış edərək mərkəzin konsepsiyası, gələcək inkişaf planları, eləcə də “Abşeron Mall”un regionun ticarət və sosial həyatına verəcəyi töhfələr barədə məlumat verib. O bildirib ki, müasir infrastruktur və geniş ticarət imkanları ilə seçilən “Abşeron Mall” həm sahibkarlar, həm də müştərilər üçün cəlbedici məkan olacaq.

Tədbirdə çıxış edən Marsol Group-un təsisçisi Tural Mustafayev yeni ticarət məkanının açılışını ölkədə biznes ekosisteminin inkişafı baxımından mühüm addım kimi dəyərləndirib. O, Marsol Group-un partnyorları ilə birgə bu kimi layihələrin dəstəklənməsinin əhəmiyyətini vurğulayıb və “Abşeron Mall”a gələcək fəaliyyətində uğurlar arzulayıb.

Rəsmi hissədən sonra qonaqlar üçün coffee break təşkil olunub. İştirakçılar “Abşeron Mall”la yaxından tanış olaraq ticarət mərkəzində yaradılan şərait və imkanlarla bağlı ətraflı məlumat əldə edib, səmərəli fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, “Abşeron Mall” müasir ticarət, xidmət və istirahət imkanlarını bir araya gətirərək regionun iqtisadi və sosial inkişafına töhfə verməyi hədəfləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır