Modern.az

Şuşada 30 milyona binalar tikiləcək

Şuşada 30 milyona binalar tikiləcək

Aktual

17 Dekabr 2025, 19:40

Şuşa şəhərinin D-5 massivində ikinci mərhələ üzrə 8 ədəd — 9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli — 4 mərtəbəli yaşayış binalarının, həmçinin xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlərin tikintisi, abadlıq və digər işlərin həyata keçirilməsi planlaşdırılır.

Modern.az xəbər verir ki, müvafiq işlərə 30 milyon 103 min 111,07 manat vəsaitin xərclənməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən işlərə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” Publik Hüquqi Şəxs nəzarət edəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır