Modern.az

3 mindən çox evdə qaz kəsiləcək

3 mindən çox evdə qaz kəsiləcək

Aktual

18 Dekabr 2025, 00:11

Masallının bəzi ərazilərində qaz kəsiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

 

Qeyd olunub ki, Masallı şəhəri, Azərbaycan prospekti ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qarşısından keçən yeraltı qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq, 18.12.2025-ci il tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Digah və Seybətin kəndləri, eləcə də şəhərin bir hissəsi daxil olmaqla, ümumilikdə təxminən 3200 abonentin qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır