Modern.az

BP-nin Baş icraçı direktoru dəyişir

BP-nin Baş icraçı direktoru dəyişir

Aktual

18 Dekabr 2025, 10:18

Gələn il aprelin 1-dən Böyük Britaniyanın BP şirkətinin Baş icraçı direktoru (CEO) hazırda "Avstraliya Woodside Energy"yə rəhbərlik edən Meq O`Nil (Meg O"Neill) olacaq.

Modern.az BP-yə istinadən xəbər verir ki, Myurrey Okinkloss bu gündən CEO və şirkətin direktorlar şurasının sədri vəzifəsini tərk etmək qərarına gəlib.

O`Nil vəzifəyə başlayana qədər CEO vəzifəsini müvəqqəti olaraq "Supply, Trading & Shipping" istiqamətinə rəhbərlik edən BP-nin vitse-prezidenti Kerol Houl icra edəcək.

M.Okinkloss öz növbəsində "sərbəst keçid dövrünü təmin etmək üçün" 2026-cı ilin dekabrına qədər BP-də məsləhətçi kimi qalacaq.

55 yaşlı O`Nil 2021-ci ildən "Woodside Energy"yə rəhbərlik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır