Modern.az

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

66 yaşlı kişi yanan ocağın üzərinə yıxılaraq öldü

Aktual

18 Dekabr 2025, 10:22

Naxçıvanda kişi yanan ocağın üzərinə yıxılaraq ölüb.

Modern.az xəbər verir ki, hadisə Naxçıvan şəhərində baş verib.

Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü İsayev Arif Əli oğlu səhər saatlarında yaşadığı A.Zamanov küçəsi, ev 48 ünvanında yerləşən evin həyətində ağac parçalarını yandırmaq üçün həmin ağac parçaları üzərinə benzin tökməklə yandırıb. 1 ay əvvəl ürək əməliyyatı keçirmiş A.İsayev yanmaqda olan ağac parçalarının üzərinə alışması üçün benzin tökmək istəyərkən həmin vaxt ürəktutması keçirərək yanan ocağın üzərinə yıxılıb. Hadisədən bir qədər sonra qonşuluqda yaşayan bacısı L.İsayeva həyətə gəlib və onun yanmış vəziyyətdə meyiti aşkar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib. Faktla bağlı Naxçıvan Şəhər Prokrorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır