Modern.az

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayırıq - Paşinyan

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayırıq - Paşinyan

Aktual

18 Dekabr 2025, 14:30

Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar yola düşüb və Ermənistana doğru hərəkət edir.

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Baş nazir bunu alqışladığını qeyd edib.

“Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb”, - o vurğulayıb.

Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır