Ermənistan Respublikasının Diaspor İşləri üzrə Ali Komissarı Zare Sinanyan İsrailə işgüzar səfər edib.
Modern.az xəbər verir ki, dekabrın 17-də Zare Sinanyan İsrail Erməniləri Birliyinin rəhbərliyi ilə birlikdə Petah Tikva şəhərində Aznavur meydanını ziyarət edib, orada "erməni soyqırımı" abidəsinin önünə gül dəstələri qoyub.
Elə həmin gün Ali Komissar Yaffadakı Müqəddəs Nikolay Erməni Monastırında Təl-Əviv, Yaffa və Petah Tikva şəhərindən olan erməni icmasının nümayəndələri ilə görüşüb.
Görüş zamanı Sinanyan erməni diasporunun İsraildə aktivləşməsi və təsir gücünə çevrilməsi üçün diaspor üzvləri ilə təşəbbüsləri müzakirə edib.