Modern.az

Vardanyanın separatçı fəaliyyəti bu filmlə ifşa edildi - FOTOLAR

Vardanyanın separatçı fəaliyyəti bu filmlə ifşa edildi - FOTOLAR

Aktual

19 Dekabr 2025, 19:51

“AnewZ” Tv-nin araşdırma seriyasından olan “The oligarch’s design” sənədli filmi açıq mənbə məlumatlarına və milyardlarla dolların ofşor strukturlar vasitəsilə hərəkət etdirildiyi "Troika Laundromat" maliyyə şəbəkəsini aşkar edən beynəlxalq tədqiqatlara əsaslanır.

 

Modern.az xəbər verir ki, filmin nümayişdə deputatlar, media rəhbərləri və ictimai-siyasi şəxslər iştirak edir.

 

Filmdə Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina etməsi ilə bağlı bəyanatları, bundan sonra regiona köçməsi və qondarma separatçı rejimdə vəzifə tutması ilə əlaqədar hadisələrin xronologiyası təşkil edir.

 

Sənədli filmdə həmçinin “Aurora Foundation” mövzusuna da toxunulub. Uzun illər ərzində dünyanın müxtəlif ölkələrindən tanınmış şəxslərin iştirak etdiyi platformanın nümayəndələri ilə müsahibələr aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır