Samvel Babayan “AnewZ”un filminə çəkilib.
Modern.az-ın məlumatına görə, bu gün təqdimatı olan “AnewZ” TV-nin araşdırma seriyasından olan “The oligarch’s design” sənədli filmində Ruben Vardanyan haqqında çıxış edən şəxslərdən biri də Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi Samvel Babayandır.
O, həmçinin Birinci Qarabağ müharibəsi iştirakçısıdır və o dövrdə "Samo" ləqəbi ilə tanınırdı. Xocalı soyqırımını törədənlərdən biri hesab olunur. Babayan çıxışı zamanı heç vaxt Vardanyan kimi düşünmədiyini və onu lider hesab etmədiyini vurğulayıb.
2018-2021-ci illərdə qondarma qurumun "naziri" olan Qriqori Martirosyan da bu filmdə yer alıb.
Qeyd edək ki, çəkiliş müddəti 11 ay davam edən film 8 ölkədə çəkilib, bura Ermənistan da daxildir.