Modern.az

İkinci balıqçının meyiti İranda tapıldı

İkinci balıqçının meyiti İranda tapıldı

Aktual

19 Dekabr 2025, 21:31

Bir neçə gün əvvəl itkin düşmüş hesab edilən balıqçı, 1997-ci il təvəllüdlü Həsənov Turan Eyvaz oğlunun meyiti tapılıb.

 

Modern.az xəbər verir ki, meyit Xəzər dənizinin İran sektorunda aşkar edilib.

 

Meyitin Azərbaycan tərəfə verilməsi istiqamətində işlər aparılır.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan digəri - 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılmışdı. (Mənbə: qafqazinfo)

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır