Modern.az

Birbank-la NFC ödənişləri artıq bu avtobusda keçərlidir

Birbank-la NFC ödənişləri artıq bu avtobusda keçərlidir

Aktual

20 Dekabr 2025, 11:50

Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeniliklərin tətbiqi davam edir. Belə ki, BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropoliteni ilə yanaşı, şəhərdaxili marşrut avtobuslarında da gediş haqqını istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə biləcəklər.

Modern.az xəbər verir ki, yenilik ilk olaraq 500 nömrəli marşrut xəttində aktivləşdirilib və hazırda sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsinin ardından təməssız (NFC) ödənişləri ən qısa zamanda mərhələli şəkildə digər “BakuBus” marşrut xətlərinə də tətbiq ediləcək. Bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də genişləndirilməsi planlaşdırılır.

Yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem “Apple Pay”, “Google Pay” ödəniş sistemləri ilə yanaşı, “Birbank”, “BakıKart” və “m10” ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Həmçinin, ötən aydan etibarən şəhər sakinləri metro gedişlərini istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə həyata keçirirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır