Modern.az

Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub

Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub

Aktual

20 Dekabr 2025, 13:13

Azərbaycan şirkətləri tərəfindən Monteneqroda bir milyard ABŞ dollarına qədər investisiya qoyulub.

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, ticarət həcminin hazırkı səviyyəsi qaneedici deyil:

"Həmçinin turizm əməkdaşlığını müzakirə etdik. İki ölkənin paytaxtları arasında birbaşa uçuşlar barədə fikir mübadiləsi oldu".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır