Modern.az

"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - Nazir

"Azərbaycanla birbaşa uçuşların aparılmasını istəyirik" - Nazir

Aktual

20 Dekabr 2025, 13:55

"Azərbaycandan olan turistlər üçün çox yaxşı imkanlar və şərait yaratmışıq. Eyni zamanda, iki ölkə arasında birbaşa uçuşların aparılmasını istəyirik".

Modern.az xəbər verir ki, bunu Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə keçirilən brifinqdə deyib.

"Vaşinqton sazişini alqışlayırıq. Azərbaycan sülh və sabitlik baxımından nümunəyə çevrilməlidir. Biz əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıyıq və bu, ölkələrimiz arasında mövcud olan qarşılıqlı niyyəti əks etdirir", - deyə nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır