Modern.az

Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

Qəzaya düşən Türkiyə təyyarəsinin “qara qutu”su araşdırılır

Aktual

20 Dekabr 2025, 14:46

Türkiyədə noyabr ayında Gürcüstanda Azərbaycanla sərhəd yaxınlığında C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzasının araşdırılması davam edir.

Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. 

Onun sözlərinə görə, TUSAŞ qəzaya uğramış təyyarənin qara qutusunun araşdırılması işlərini davam etdirir.

Nazir C-130 təyyarələrinin dünyada ən təhlükəsiz təyyarələrdən biri hesab edildiyini və təxminən 70 ölkədə istismar olunduğunu vurğulayıb.

Y.Gülər təyyarə qəzasından sonra Türkiyə Milli Hərbi Hava Qüvvələrinin istismarında olan bütün C-130 təyyarələrinin yoxlamaya göndərildiyini qeyd edib. "Yoxlama başa çatdıqdan sonra bu təyyarələrin istismarı davam etdiriləcək", - nazir əlavə edib.

"Araşdırmanın nəticəsini tam şəffaf şəkildə ictimaiyyətə açıqlayacağıq", - deyə Y.Gülər söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır