Keçmiş məcburi köçkünlərə ödənilən aylıq sosial müavinət onların hesablarına köçürülüb.
Modern.az xəbər verir ki, əməliyyat bir neçə saat əvvəl həyata keçirilib.
Məcburi köçkün statusu olan şəxslər hər ay dövlətdən 60 manat müavinət alırlar.
Bu vəsait onlara kommunal xərcləri ödəmək üçün verilir. Köçkünlərin öz aralarında "çörəkpulu" adlandırdıqları bu pul hər ayın 25-dən sonra ödənilir. Amma Yeni il bayramı ilə əlaqədar olaraq bu dəfə ödəniş vaxtından bir neçə gün əvvəl reallaşıb.
Qeyd edək ki, keçmiş məcburi köçkünlər daimi yaşayış yeri ilə təmin olunduqdan uç il sonra onlara verilən sosial müavinət dayandırılır.
Hazırda ölkədə 400 minə yaxın keçmiş məcburi köçkün dövlətdən sosial müavinət alır.(Mənbə musavat.com)