Modern.az

Şagirdin həyatını xilas edən valideyn danışdı

Şagirdin həyatını xilas edən valideyn danışdı

Aktual

22 Dekabr 2025, 00:15

Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə boğazında çörək qalan şagirdi xilas edən valideyn danışıb.

Modern.az xəbər verir ki, təcili tibbi yardım gələnə qədər məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan Gülnarə Həsənəliyeva çeviklik göstərərək şagirdin həyatını xilas edib:

“Övladımı gözümün qabağına gətirdim və ona kömək etdim. Boğazından çıxanda dedi ki, “xala, çox sağol”. O söz mənə çox təsir etdi”.

Qeyd edək ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.

Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır