Modern.az

Koçaryanın gəlini müştərilərini aldatdı - QALMAQAL

Koçaryanın gəlini müştərilərini aldatdı - QALMAQAL

Aktual

22 Dekabr 2025, 10:22

Müğənni və bizneslə məşğul olan Siruşo (keçmiş Ermənistan prezidenti Robert Koçaryanın gəlini) Yeni il üçün hazırlanan “Milad təqvimləri” ətrafında yaranmış qalmaqalla gündəmə gəlib.

Modern.az xəbər verir ki, bir neçə gün əvvəl Siruşo rəhbərlik etdiyi “Progomesh” şirkəti vasitəsilə Yeni il üçün xüsusi “Advent təqvimləri”nin satışa çıxarılacağını elan edib. Qiyməti 800 ABŞ dolları olan bu məhsullar üçün yüzlərlə insan növbəyə düzülüb, əvvəlcədən ödəniş edib.

Lakin təqvimlər müştərilərə çatdırıldıqdan sonra narazılıq yaranıb. Alıcılar qutuların içərisində daraq, saç sancağı və digər ucuz aksesuarların olduğunu bildirərək, dəyəri 800 dollar olan məhsulun gözləntiləri qarşılamadığını iddia ediblər.

Sosial şəbəkələrdə Siruşonun onları aldadaraq baha qiymətə dəyərsiz əşyalar satdığı barədə çoxsaylı video və paylaşımlar yayılıb. Narazı müştərilər bunun “Progomesh” tərəfindən həyata keçirilmiş uğursuz və qeyri-şəffaf satış kampaniyası olduğunu deyirlər.

Siruşo və şirkət tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır