Modern.az

AZAL-ın qəzaya uğrayan təyyarəsinə aid poçt markası hazırlandı

AZAL-ın qəzaya uğrayan təyyarəsinə aid poçt markası hazırlandı

Aktual

22 Dekabr 2025, 10:38

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə həsr olunmuş poçt markası hazırlanıb.

Modern.az xəbər verir ki, J2-8243 reysinin anımına həsr olunmuş poçt markası sabah ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Embraer-190 təyyarəsi 25 dekabr 2024-cü ildə Aktau limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i, o cümlədən altı Qazaxıstan vətəndaşı həlak olub. Hadisə Azərbaycanın və Rusiyanın münasibətlərində gərginlik yaratmışdı, çünki təyyarənin Rusiya hava məkanında zədələndiyi bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır