Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının Naxçıvanda icrasına başlanılıb.
Modern.az xəbər verir ki, Amnistiya aktının icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin qarışıq rejimli cəzaçəkmə müəssisində həyata keçirilir.
Qeyd edək ki, Naxçıvanda amnistiya aktı 128 məhkuma şamil edilib. Ümumi olaraq, 57 nəfər azadlığa buraxılacaq. Bu gün amnistiya aktı icrasında 15 nəfər azadlığa buraxılır ki, onlardan 6 nəfəri əcnəbi vətəndaşdır. Bunlardan 2-si Türkiyə, 2-i İran, 2-si isə Türkmənistan vətəndaşıdır.
Azadlığa buraxılan məhkumlardan biri qadındır.